İdman

Ansi Aqolli: "Qarabağ" yenə bəxtsizliyin qurbanı oldu

28 Fevral 2023 22:53
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" avrokuboklarda bir neçə dəfə bəxtsizliklə üzləşib. Bu dəfə də bunun qurbanı oldu".

Milli.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli Ağdam klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi "Gent"ə məğlub olaraq mübarizəni dayandırması ilə bağlı danışarkən deyib.

2010-2019-cu illərdə "köhlən atlar"ın formasını geyinmiş albaniyalı keçmiş müdafiəçi komandanın cavab qarşılaşmasında yaxşı çıxış etdiyini bildirib: "Gentdəki oyun heç də pis alınmamışdı. Hətta deyərdim ki, bəzi komponentlərdə "Qarabağ" rəqibi üstələyirdi. Ancaq təəssüf ki, ikinci hissədə bir az eniş yaşandı. Cəmi bir epizodda konsentrasiyanı itirdilər, onda da rəqib qol vurdu. Penaltilər isə bəxtdən asılıdır. Fikrimcə, "Gent" hər iki matçda əlahiddə bir iş ortaya qoymadı".

Aqolli "Qarabağ"dan 2023/2024 mövümündə avrokuboklarda daha uğurlu nəticə gözləyir: "Bu komanda ildən-ilə güclənir, inkişaf edir. Şəxsən mən növbəti mövsüm onların Avropa arenasında daha parlaq çıxış edəcəyini düşünürəm. Çünki heyətində kifayət qədər təcrübəli oyunçular var".

Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında keçirilən hər iki oyunda ev sahibi komanda 1:0 hesablı qələbə qazanıb. Cavab matçının penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn Belçika klubu 1/8 finala adlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.