İdman

Şumaxerin “Ferrari”si satıldı

10 Noyabr 2022 17:49
Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2003-cü il mövsümündə almaniyalı Mixael Şumaxeri 6-cı Formula 1 dünya çempionluğuna aparan "Ferrari F2003-GA" bolidi Cenevrədə keçirilən hərracda 13 milyon İsveçrə frankına (13,2 milyon dollara) satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, satışı "Sotheby's" hərrac evi keçirib.

Avtomobilin müasir Formula 1 bolidi üçün rekord qiymətə satıldığı bildirilib.

İlkin olaraq hərrac evi avtomobilin dəyərini 7,5 milyon - 9,5 milyon İsveçrə frankı (7,6 milyon dollar - 9,6 milyon dollar) qiymətləndirib.

Qeyd edək ki, M.Şumaxer "Benetton"la iki dəfə (1994, 1995), "Ferrari" ilə beş dəfə (2000-2004) olmaqla toplam 7 dəfə Formula 1 çempionu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.