İdman

Gimnastlarımız beynəlxalq turnirdən iki qızıl medalla qayıdırlar

7 Noyabr 2022 11:04
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 5-i və 6-da Litvanın Vilnüs şəhərində bədii gimnastika üzrə "Dalia Kutkaite" beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər. Gimnastımız Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında rəqiblərindən güclü olduğunu nümayiş etdirərək qızıl medal qazanıb.

Millimizin digər üzvü Kamilla Seyidzadə lentlə qızıl (24850 xal), halqa ilə (24.000 xal) gümüş medala sahib çıxıb.

Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

Bədii gimnastımız Alina Məmmədova yarışda həmçinin "Miss ekspressiya" titulu ilə mükafatlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.