İdman

Idmançı qadın işçilərin yanında çılpaq gəzdiyi üçün komandadan qovuldu

31 Oktyabr 2022 09:08
Baxış: 1 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"San Antonia Spurs" komandasının kanadalı basketbolçusu Coşua Primo klubun xanım əməkdaşının qarşısında çılpaq gəzdiyi üçün komandadan qovulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 19 yaşlı NBA oyunçusu dəfələrlə tanımadığı qadınların qarşısında çılpaq vəziyyətdə olub.

Sonuncu dəfə onu bu vəziyyətdə görən qadın isə məhkəməyə müraciət edib.

Qeyd edək ki, NBA basketbolçuları dəfələrlə oxşar qalmaqallara düşüblər. Yayda "Şarlotta Hornets" klubunun ulduzu Mayls Briks sevgilisini uşaqların gözü qarşısında döyməkdə ittiham olunub.

Ötən qışda isə "Nyu-York Niks"in üzvü Julius Rendl efirdə söyüş söydüyünə və azarkeşlərə qarşı nalayiq jestlərə görə cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.