İdman

“İnanıram ki, “Qarabağ” üzərində qələbə dönüş nöqtəsi olacaq”

28 Oktyabr 2022 07:41
Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Milli.Az matc.az-a istinadən bildirir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Futbolda ayıq və təvazökar olmaq lazımdır. Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq. İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq".
 
Onun sözlərinə görə, qapıçı Alban Lyafonun seyvləri komandasına qələbə qazandırıb: "Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumuza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.