İdman

"O, "Barsa" tarixinin ən yaxşı oyunçusudur"

14 Oktyabr 2022 21:27
Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın prezidenti Xoan Laporta Lionel Messi haqqında yüksək fikirlər söyləyib.

Milli.Az "report"a istinadən bildirir ki, o, argentinalı hücumçunu "Barselona" tarixinin ən yaxşısı hesab edir.

"Biz "Barsa" tarixinin ən yaxşı oyunçusunun klub qarşısındakı xidmətlərinin təsdiqi üçün mütləq nə isə edəcəyik. Messi bizim kollektiv yaddaşımızda qalıb. Bu bazar onun debütünün 18-ci ildönümünü qeyd edirik və xüsusi bir şey etməyi planlaşdırırıq. Onun uğurlu karyerası haqqında hər şeyi bilirik", - deyə klub rəhbəri bildirib.

Laporta futbolçunu Parisdə, "Qızıl Top" mərasimində görməyə ümid etdiyini deyib.

"Hələ də Leonun formasını geyinən çoxlu "Barsa" azarkeşləri var. Lakin Messi PSJ-nin oyunçusudur və buna hörmət etmək lazımdır", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.