İdman

Avroliqa: “Fənərbağça” və daha 4 klub pley-offa vəsiqə qazandı

14 Oktyabr 2022 07:14
Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində bu gün 4-cü turun oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutub.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Kiprdə AEK (Larnaka) komandasının qonağı olub. İstanbul təmsilçisi çətin qələbə sayəsində ilk iki pillədən birini təmin edib. B qrupunun digər matçında da Fransa "Renn"i Ukraynanın "Dinamo" (Kiyev) kollektivinə qalib gəlməklə oxşar uğura imza atıb.

Qonşu ölkənin digər komandası "Trabzonspor" Fransa "Monako"sunu qəbul edib. Trabzonlular bu rəqibi 4 cavabsız qolla məğlub ediblər. H qrupunun digər matçında Serbiyanın "Srvena Zvezda" klubu Macarıstan "Ferentsvaroş"u ilə görüşüb. Üç qolun qeydə alındığı bu matçda da macarlar üstün olublar.

Qrup mərhələsində 4-cü turun oyunlarından sonra "Fənərbağça" və "Renn"lə yanaşı, İspaniyanın "Real Sosyedad" və "Betis", həmçinin Almaniyanın "Frayburq" komandaları da qrupdan çıxmağı təmin edib.

Avropa Liqası
Qrup mərhələsi, 4-cü tur
13 oktyabr

A qrupu

Bodo Qlimt (Norveç) - Arsenal (İngiltərə) 0:1
Qol: Saka, 24.

PSV (Niderland) - Sürix (İsveçrə) 5:0
Qol: Qutyerres, 9. Veerman, 15; 55. Sanqare, 35. El-Qazi, 84.

Xal: Arsenal - 9. PSV - 7. Bodo Qlimt - 4. Sürix - 0.

B qrupu

AEK (Larnaka, Kipr) - Fənərbağça (Türkiyə) 1:2
Qol: Triçkovski, 52-pen - J.Pedro, 16. Batşuayi, 80.

Dinamo (Kiyev, Ukrayna) - Renn (Fransa) 0:1
Qol: Vuh, 48.

Xal: Fənərbağça - 10. Renn - 10. AEK - 3. Dinamo - 0.

C qrupu

Betis (İspaniya) - Roma (İtaliya) 1:1
Qol: Kanales, 34 - Belotti, 53.

Ludoqorets (Bolqarıstan) - HJK (Finlandiya) 2:0
Qol: Qropper, 39. Rik, 64.

Xal: Betis - 10. Ludoqorets - 7. Roma - 4. HJK - 1.

D qrupu

Yunion (Belçika) - Braqa (Portuqaliya) 3:3
Qol: Bonifeys, 20; 62. Vanzeir, 49 - Vitinya, 15; 36; 41.

Union Berlin (Almaniya) - Malmö 1:0
Qol: Knoxe, 89-pen.

Xal: Yunion - 10. Braqa - 7. Union Berlin - 6. Malmö - 0.

E qrupu

Mançester Yunayted (İngiltərə) - Omoniya (Kipr) 1:0
Qol: Maktominey, 90+3.

Real Sosyedad (İspaniya) - Şerif (Moldova) 3:0
Qol: Sörlot, 45+1. Riko, 66. Navarro, 81.

Xal: Real Sosyedad - 12. Mançester Yunayted - 9. Şerif - 3. Omoniya - 0.

F qrupu

Feyenoord (Niderland) - Midtyulland (Danimarka) 2:2
Qol: Timber, 32. Hançko, 48 - Martines, 16. Svyatçenko, 59.

Latsio (İtaliya) - Şturm (Avstriya) 2:2
Qol: İmmobile, 45-pen. Pedro, 71 - Bovinq, 56; 83.

Xal: Feyenoord - 5. Midtyulland - 5. Latsio - 5. Şturm - 5.

G qrupu

Qarabağ (Azərbaycan) - Olimpiakos (Yunanıstan) 0:0

Nant (Fransa) - Frayburq (Almaniya) 0:4
Qol: Kubler, 26. Qreqoriç, 71. Şade, 82. Yonq, 87.

Xal: Frayburq - 12. Qarabağ - 7. Nant - 3. Olimpiakos - 1.

H qrupu

Ferentsvaroş (Macarıstan) - Srvena Zvezda (Serbiya) 2:1
Qol: Zakariassen, 23. Mmae, 61 - Mitroviç, 55.

Trabzonspor (Türkiyə) - Monako (Fransa) 4:0
Qol: Sarr, 44-öz qapısına. V.Hüqo, 48. Bardi, 57. Trezeqe, 69.

Xal: Ferentsvaroş - 9. Trabzonspor - 6. Monako - 6. Srvena Zvezda - 3

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.