İdman

“Oyundan-oyuna daha yaxşı və parlaq mübarizə aparırıq” - Kevin Medina

20 Avqust 2022 21:34
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"-ın zədəli futbolçusu Kevin Medina klubun saytına açıqlama verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçi bərpa prosesindən danışıb və komandamızın oyunlarını izlədiyini deyib:

"Əvvəlcədən nəzərdə tutulduğu kimi, əməliyyatım Almaniyanın Münhen şəhərində baş tutdu. Daha sonra isə bərpa prosesi üçün Portuqaliyaya yollandım. Burada olan idman mərkəzində çoxlu məşhur futbolçu bərpa prosesi keçib. Bərpa prosesi gözlədiyimdən də sürətli alınır və özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, tez zamanda komandaya qoşulacağam. Zədələndikdən sonra komandamızın bütün matçlarını canlı izləmişəm. Komandamla fəxr edirəm. Bəzi itkilər olsa da, bu, oyunumuzda hiss edilmir. Oyundan-oyuna daha yaxşı və parlaq mübarizə aparırıq. Həmişə demişəm ki, bu, qladiatorlar ailəsidir. İndi bunu daha yaxşı müşahidə edirəm. Amma bir az kədərlənirəm. Çünki pley-off qarşılaşmasında Çempionlar Liqasının himnini eşitmək, bu turnirin möhtəşəmliyini hiss etmək istəyirdim. Komandanın adına çox sevinirəm. İnanıram ki, cavab oyununda yaxşı nəticə qazanıb, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağıq. Mən də əlimdən gələni edirəm ki, tez sağalım və komandaya qoşulum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.