İdman

Emreli yenə zədələndi

31 İyul 2022 14:17
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli yenidən zədələnib.

Milli.Az offsideplus.az-a istinadla xəbər verir ki, o, Xorvatiya çempionatının 3-cü turunda "İstra 1961"ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss edib. Bu səbəbdən onun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"i ilə ilk oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, M.Emreli "İsrta 1961" ilə görüşlə yenidən yaşıl meydanlara qayıtmışdı. O, sözügedən qarşılaşmada komandasının 4-cü qolunun müəllifi olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.