İdman

Bakı növbəti Avropa çempionatına ev sahibliyi edəcək

16 İyul 2022 16:05
Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il 17-21 may tarixlərində Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

Milli.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bu barədə qərar iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.

Qeyd edək ki, bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.

Xatırladaq ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.