İdman

Fransa Xorvatiyaya uduzdu, Danimarkadan qələbə

14 İyun 2022 07:25
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millətlər Liqasında 4-cü turun növbəti matçları keçirilib.

A, B və C Liqalarında 5 görüş oynanılıb.

Millimizin yer aldığı C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Meydan sahibləri ən yaxın izləyicisini - Slovakiyanı 4 xal qabaqlayırlar.

Azərbaycan millisi isə evdə Belarusa qalib gəlib - 2:0. Komandamız bununla qrupda ilk qələbəsini qazanıb.

13 iyun

UEFA Millətlər Liqası

4-cü tur

A Liqası

1-ci qrup

22:45. Danimarka - Avstriya - 2:0

Qollar: Yonas Vind, 21. Andreas Skov Olsen, 37

22:45. Fransa - Xorvatiya - 0:1

Qol: Luka Modriç, 5 (pen.)

Xal durumu: Danimarka - 9, Xorvatiya - 7, Avstriya - 4, Fransa - 2

B Liqası

2-ci qrup

22:45. İslandiya - İsrail - 2:2

Qollar: Yon Daqur Torstaynsson, 9. Torir Yohan Helqason, 60 - Daniel Leo Qretarsson, 35 (öz qapısına). Dor Perets, 65

Xal durumu: İsrail - 5, İslandiya - 3, Albaniya - 1

C Liqası
3-cü qrup

18:00. Qazaxıstan - Slovakiya - 2:1

Qollar: Yan Voroqovski, 18. Elxan Astanov, 39 - Matuş Bero, 51

20:00. Azərbaycan - Belarus - 2:0

Qollar: Mahir Emreli, 76. Ramil Şeydayev, 90+3

Xal durumu: Qazaxıstan - 10, Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.