İdman

"Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik"

13 İyun 2022 22:26
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib. Milli.Az matc.az-a istinadən bildirir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm. 
 
Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir. Azərbaycan yığması sürətli və qısa ötürmələrlə çıxış edir. Rəqibi yaxşı analiz etmişdik. Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik".
 
Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinə də münasibət bildirib: "Bu, bizə təsir edir. Evdən kənarda oynamaq çox çətindir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.