İdman

Canni De Byazidən QƏLƏBƏ açıqlaması

13 İyun 2022 22:19
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəticəyə görə şadam. Uşaqlar çox əziyyət çəkdilər. Əvvəlki matçlarda da yaxşı oynamışdıq. 3 gün öncə burada Slovakiyaya uduzmuşduq. Qələbə bizim üçün yaxşı oldu".

Milli.Az matc.az-a istinadən bildirir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıda Belarus yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

"Son dəqiqələrdə sistemi dəyişdik və hücum futbolu sərgilədik. Meydana sonradan daxil olan futbolçular daha hazır idilər və bu da nəticədə öz əksini tapdı. Emin Mahmudov bizim üçün vacib oyunçdur. Əmin idim ki, sonadək oynayacaq. Bu səbəbdən meydanda qalmasını lazım bildik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.