İdman

DÇ-2022: Avropadan sonuncu vəsiqəni Uels qazandı

5 İyun 2022 23:21
0 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün DÇ-2022-yə Avropa zonası üzrə sonuncu vəsiqənin sahibi müəyyənləşib.

Pley-off mərhələsinin final oyununda Uels və Ukrayna milli komandaları qarşılaşıb. Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda  keçirilən görüşdə Uels 1:0 hesabı ilə qalib gələrək 64 ildən sonra tarixində 2-ci dəfə mundiala vəsiqə qazanıb. Komanda DÇ-2022-nin B qrupunda İngiltərə, İran və ABŞ-a rəqib olub.

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

Xatılradaq  ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək davam edəcək. 

5 iyun

DÇ-2022, pley-off mərhələsi, final

20:00. Uels - Ukrayna - 1:0

Qol: Yarmolenko, 34-avtoqol

Baş hakim: Mateu Laos (İspaniya)

Kardiff. "Kardiff Siti" stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.