İdman

“Qarabağ”dan 18 mövsümün rekordu

23 Aprel 2022 16:30
0 Şərh     Baxış: 975
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ" öz tarixinin rekorduna imza atıb.

Milli.Az apasport.az saytına istinadla bildirir ki, 22 turdan sonra hesabında 55 xal olan Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında heç vaxt belə uğurlu çıxış etməyib.

Düzdür, bəzi çempionatlarda oyun sayı 22-dən az olub. Lakin həmin mövsümlərdə 22-yə çatmaq üçün lazım olan matçların hamısına qələbə hesablansa da, indiki göstərici əlçatmaz olur.

Cari mövsümədək "Qarabağ"ın rekordu 22 oyunda 53 xal idi. Ağdam təmsilçisi 2004/05 və 2017/18 mövsümlərində buna nail olub.

Bu sayda qarşılaşmada 55 xal toplamaq həm də son 18 mövsüm bütün klublar üçün mütləq rekorddur. Sonuncu dəfə daha çox xal toplanmasına 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt "Neftçi" 22 oyunda 57 xal yığıb.

Ümumiyyətlə, ölkə çempionatlarının 32 illik tarixində 8-ci dəfə bir komanda 55 və daha çox xal toplayıb. Mütləq rekord isə "Neftçi"dədir. Bakılılar 1992-ci ildə 22 oyunda 21 qələbə qazanıb. Düzdür, ilk 4 çempionatda qələbə üçün 3 deyil, 2 xal verilib. Lakin müqayisə üçün bütün mövsümlərdə qələbəyə 3 xal nəzərə alınıb.

"Neftçi" və "Kəpəz" hərəyə iki, Sumqayıt "Xəzər"i, "Turan", "Şəmkir" və "Qarabağ" hərəyə 1 dəfə 55 və ya daha çox xal toplayıb. 2000/01 mövsümündə "Qızıl oyun"u saymaqla 21 matça çıxan "Şəmkir" 54 xala sevindiyindən potensial olaraq "55"ə çatmış sayıla bilər.

22 oyunda ən çox xal toplayanlar:
1. "Neftçi" - 63 (1992)
2-3. "Xəzər" S - 58 (1992)
"Kəpəz" - 58 (1997/98)
4-5. "Kəpəz" - 57 (1994/95)
"Neftçi" - 57 (2003/04)
6-8. "Turan" - 55 (1994/95)
"Şəmkir" - 55 (1999/2000)
"Qarabağ" - 55 (2021/22)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.