İdman

PSJ Mbappeni klubda saxlamaq üçün ona kapitanlıq təklif edir

3 Aprel 2022 17:22
0 Şərh     Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edəcək.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 24 yaşlı hücumçunu komandada saxlamaq üçün ona jest edəcək.

PSJ kapitanlıq sarğını Markinyosdan alıb Mbappeyə vermək niyyətindədir.

Qeyd edək ki, Kilian Mbappenin müqaviləsi yayda başa çatacaq. Hücumçu cari mövsüm Fransa klubunda 37 oyuna çıxıb, 26 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçu ilə İspaniyanın "Real Madrid" klubu yaxından maraqlanır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.