İdman

Erməni boksçu rinqdə aldığı zərbədən öldü - VİDEO

9 Yanvar 2022 09:54
0 Şərh     Baxış: 1 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Tolyatti şəhərində keçirilmiş "Rinqin kralları" adlı boks turnirində ölüm hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 76 kq çəki dərəcəsində erməni əsilli idmançı Arest Saakyan İqor Semerninlə qarşılaşmada aldığı zərbədən komaya düşərək, 10 gündən sonra həyatını itirib.

Səkkizinci raudda yerə sərilən Saakyan xəstəxanaya çatdırılıb. Ona baş beyninin axıntısı diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, erməni boksçu sağalmayıb.

Hadisə ilə əlaqədar Rusiya Boks Federasiyası prokurorluğa müraciət edib. Müraciətdə tibbi xidmətin işini yerinə yetirmə səviyyəsinin və turnirin keyfiyyətinin yoxlanılması xahiş olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.