Cəmiyyət

Təhsil nazirindən vətəndaşlara müraciət

7 Sentyabr 2021 17:51
1 Şərh     Baxış: 2 038
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni dərs ili ənənəvi formada başlayır. Bu gün açıqlanmış qərara əsasən, 22 sentyabrdan ümumi təhsil müəssisələrinin I-IV sinifləri, 29 sentyabrdan isə digər siniflər və məktəbdənkənar müəssisələr həftədə beş dəfə olmaqla əyani tədrisə başlayacaq".

Bu barədə təhsil naziri Emin Əmrullayev paylaşım edib.

Nazir paylaşımında ali, orta ixtisas və peşə təhsili müəssisələrində isə tədris 29 sentyabrdan etibarən əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcəyini xatırladıb: "Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Tədris ilinin əyani formada davamlılığını təmin etmək üçün şəxsi gigiyena və təmizliyə riayət etmək, özünə və ətrafındakılara qarşı diqqətli davranmaq vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.