Cəmiyyət

İctimai nəqliyyatda maskalarla bağlı nəzarət gücləndirildi

30 Avqust 2021 17:40
0 Şərh     Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində tərəfimizdən nəzarət tədbirləri həyata keçirilir, xüsusilə qapalı şəraitdə ictimai nəqliyyatda hərəkət edənlərin qoruyucu vasitələrdən düzgün istifadə etməsi ilə bağlı müşahidələr aparılır.

Bunu Milli.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O qeyd edib ki, Operativ Qərargahın məlum qərarı ilə bağlı yol polisi tərəfindən nəzarət gücləndirilib, profilaktik tədbirlərin və təbliğat xarakterli informasiyaların yayılmasına üstünlük verilir:

"Təkcə inzibati tənbeh tədbirləri keçirilimir, eləcə də vətəndaşlar arasında tibbi maskalardan istifadənin vacibliyi barədə daha geniş məlumat verilməsinə də üstünlük verilir.

Bir daha vətəndaşlardan xahiş edirik ki, pandemiya ilə bağlı qoruyucu vasitələrdən istifadə etsinlər. Vətəndaşlar bilməlidir ki, qapalı şəraitdə qoruyucu vasitələrdən istifadə edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.