Cəmiyyət

Bu il dövlət büdcəsindən təhsilə 1,3 milyard manatdan çox pul xərclənib

10 Avqust 2021 16:41
0 Şərh     Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri açıqlanıb.

Maliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təhsil xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq 1 milyard 363,0 milyon manat icra edilib.

Təhsil xərcləri 1 milyard 450,1 milyon manat proqnoza qarşı 94,0 faiz və ya 87,1 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,6 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və aprel az, digər aylarda çox icra edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.