Cəmiyyət

Bakıda yol qəzası baş verib, 3 nəfər yaralanıb - FOTO

5 Avqust 2021 08:08
0 Şərh     Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt şossesində ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

"Isuzi" markalı kiçiktutumlu yük maşını yüksək sürətə "Mercedes" markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilinin sürücüsü və "Mercedes"də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hazırda Bakı-Sumqayıt şossesinin paytaxt istiqamətində, beynəlxalqa avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.