Cəmiyyət

Ağcabədidə suvarma yaxşılaşdırılır - VİDEO

17 İyul 2021 11:09
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su itkisinin qarşısının alınması məqsədilə tədbirlər görülür

Milli.Az Real TV-ə istinadən bildirir ki, Ağdam Melioservis idarəsi müqavilələr əsasında magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işlərini həyata keçirir. Bununla yanaşı idarə tərəfindən Ağcabədi rayonunda Muğanlı -1 nasosstansiyası əsaslı təmir olunaraq fermerlərin istifadəsinə verilib. Ərazidə yeni bina tikilib, diametri 285 millimetrlik 10 atmosfer təzyiqli boru xətti çəkilib.

Ağdam Melioservis idarəsi tərəfindən su itkisinin qarşısının alınması istiqamətində böyük işlər görülür. Ağcabədi rayonu ərazisində Laçın rayonundan olan fermerlərin su təminatının yaxşılaşdırılması üçün Kür çayı sahilində su qəbuledici hovuz tikilib və torpaq məcralı kanal beton üzlüyə alınıb.

Qeyd edək ki, Ağdam Melioservis idarəsi ötən il Ağdam, Bərdə, Ağcabədi və Tərtər rayonlarında fəaliyyət göstərən fermerlərin suvarma suyundan itkisiz istifadəsi üçün təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri həyata keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.