Cəmiyyət

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

12 İyul 2021 11:19
0 Şərh     Baxış: 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabadda avtomobil 59 yaşlı kişini vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə gecə radələrində şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Sabirabad rayonunun Kürkənd kənd sakini, 1991-ci il təvəllüdlü Sadıqlı Kamran Asif oğlu idarə etdiyi "Hyundai" markalı "99 FF 519" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad sakini, 1962-ci il təvəllüdlü Əsgərov Gülxan Balaxan oğlunu vurub. Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya çatdırılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.