Aparılan təmir uzun tıxaclar yaradır - ŞİKAYƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Saray qəsəbəsində aparılan təmir işləri sakinlər və sürücülər arasında narazılıq yaradıb.
Bununla bağlı Milli.Az-a şikayət daxil olub.
Belə ki, keçən ilin dekabrında sökülmüş körpü mart ayında istifadəyə verilsə də, hazırda yanaşma yollarında təmir və genişləndirmə işləri davam edir.
İşlərin həyata keçirilməsi zamanı texnikaların ərazidə mövcudluğu nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və pik saatlarda avtomobillər uzun müddət tıxacda qalır.
Vətəndaşların əsas narazılıqları işlərin gündüz saatlarında aparılmasıdır.
Onların fikrincə, təmirə ehtiyac olsa da, bu, vətəndaşların rahatlığı nəzərə alınaraq planlaşdırılmalıdır.
"Əvvəl 40 dəqiqəyə Bakıya çatırdıq. İndi heç Saraya çata bilmirik".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq:
Qurumdan Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda təmir Saray körpüsünün özündə aparılmır. İşlər körpüyə yanaşma yollarında həyata keçirilir. Körpünün üzərində hər hansı müdaxilə yoxdur, körpü artıq inşa olunub və heç bir problem mövcud deyil.
Agentlikdən qeyd olunub ki, körpüyə gələn yol iki hərəkət zolaqlı idi və körpünün genişliyinə uyğun olaraq həmin zolaqlar genişləndirilib. Nəticədə yol dörd hərəkət zolağına çıxarılır ki, vətəndaşların rahat gediş-gəlişi təmin edilsin.
Nəzərə çatdırılıb ki, bu səbəbdən ərazidə aparılan tikinti və texnikanın hərəkəti xüsusilə də günün pik saatlarında müəyyən çətinliklər yarada bilər:
"Bu isə təbiidir, çünki söhbət qısamüddətli təmirdən yox, yolun tam şəkildə yenidən qurulmasından gedir. Bu tip işləri yalnız gecə saatlarında və ya müəyyən məhdud zaman çərçivəsində aparmaq mümkün deyil".
Görülən işlərin vətəndaşların daha rahat və təhlükəsiz hərəkət etməsi üçün həyata keçirildiyi vurğulanıb:
"Layihənin icrası qısa müddətdə başa çatdırılacaq və bununla da həmin istiqamətdə mövcud problemlər aradan qaldırılacaq".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Meteohəssas insanların diqqətinə
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
XƏBƏR LENTİ
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub





