Rusiya

16 yaşlı Hüseyn mühafizəçini belə bıçaqlayıb - VİDEO

25 Noyabr 2025 10:00
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşən "Moskva" ticarət mərkəzində mühafizəçini bıçaqlayıb.

Milli.Az xəbər verir ki, hadisənin baş verdiyi gün H.Hacıyev saxlanılıb. O, saxlanılan zaman iki polis əməkdaşını da bıçaqla yaralayıb. 

Məlum olub ki, sözügedən azərbaycanlı ticarət mərkəzində uşaq və qadınlar üçün ayrılmış otaqda namaz qılıb. Bu zaman mühafizəçi ona irad bildirib. Hüseyn namazını qılıb çölə çıxan kimi ilk gördüyü mühafizəçini bıçaqlayıb. 

Mühafizəçi xilas edilib və ona dərhal tibbi yardım göstərilib.

Moskva İstintaq Komitəsi ağır cinayətlərdə şübhəli bilinən Moskva Elektromexanika və İnformasiya Texnologiyaları Kollecinin 1-ci kurs tələbəsinə qarşı cinayət işi açıb. 

Hazırda Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin Cinayət Axtarış İdarəsinin və Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin (MSM) müstəntiqləri və əməliyyatçıları cinayətkarın əlaqə dairəsini yaradırlar. Hacıyevin Moskva vilayətində törədilmiş digər cinayətlərdə də əli olub-olmaması araşdırılır.

Belə ki, həbs edildikdən sonra onun İŞİD-ə sədaqət andı içdiyi məlum olub. /"Unikal"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.