Maraqlı

Azərbaycanlı fenomen ifası ilə məşhur pianoçunu VALEH ETDİ - VİDEO

25 Noyabr 2025 10:05
Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca tanınmış pianist Emil Reinert (Emilio Piano) Bakıda çəkilmiş maraqlı görüntülərlə bağlı sosial şəbəkədə paylaşım edib.

Milli.Az xəbər verir ki, pianoçu şəxsi "Instagram" hesabında azərbaycanlı uşaq influenser Nəfəs Hüseynova (Neafeas) ilə birgə videosunu yayımlayıb.

O bildirib ki, Bakıda parkda piano ifa etdiyi vaxt Nəfəs ona yaxınlaşıb və "Pretty Little Baby" mahnısını səsləndirməsini xahiş edib:

"Bu gün Azərbaycanda parkda piano çalırdım. Balaca bir qız yaxınlaşıb məndən 'Pretty Little Baby' mahnısını ifa etməyimi istədi. Heç kim onun qəfil oxumağa başlayacağını gözləmirdi. Səsi həm çox gözəl, həm də çox şirin idi. Sonradan bildim ki, cəmi dörd yaşındadır və sosial şəbəkələrdə artıq böyük izləyici kütləsi var", - deyə Emil Reinert bildirib.

Qeyd olunub ki, sözügedən video qısa müddətdə 4 milyon "like" toplayıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.