"Real"da ciddi İTKİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniya La Liqasının XXVI turunda baş tutan La Liqa qarşılaşmasında Madrid təmsilçisi "Xetafe"yə minimal hesabla (0:1) uduzub. Oyunun ən diqqətçəkən məqamlarından biri isə Rodriqonun zədələnməsi olub.
Milli.Az-ın xarici mediaya istinadən yaydığı məlumata görə, braziliyalı hücumçu diz nahiyəsindən xəsarət alıb. Zədənin ağırlıq dərəcəsini dəqiqləşdirmək üçün o, yaxın saatlarda ətraflı tibbi müayinədən keçiriləcək.
Təxminən bir aylıq fasilədən sonra yenidən yaşıl meydanlara qayıdan 25 yaşlı futbolçu 54-cü dəqiqədə oyuna daxil olub. Lakin görüşü sona qədər davam etdirə bilməyib və zədə səbəbindən matçı yarımçıq başa vurub. İlkin ehtimallara əsasən, onun vəziyyəti ciddi ola bilər. Bu halda Rodriqo "Selta" ilə növbəti çempionat matçını və UEFA Çempionlar Liqasında Manchester City ilə keçiriləcək ilk oyunu buraxa bilər.
Cari mövsümdə Rodriqo "Kral klubu"nun heyətində bütün turnirlər çərçivəsində 27 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 3 dəfə fərqlənib və 6 məhsuldar ötürmə ilə komandasına töhfə verib.
Qeyd edək ki, Madrid klubunda zədəlilər siyahısı kifayət qədər genişdir. Belə ki, komandanın aparıcı simaları - Kilian Mbappe, Cud Bellinqem və Eder Militao da müxtəlif zədələr səbəbindən hazırda komandanın oyunlarında iştirak edə bilmirlər. Bu isə mövsümün həlledici mərhələsində madridlilər üçün ciddi problem yaradır.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
-
Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
Bir gündə 55 cinayət açıldı
-
Tamilladan Elton Hüseynəliyevə romantik təbrik
-
Naxçıvanda kanalda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
-
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
-
Qış gəlməmiş bu işi görün - “Azəristiliktəchizat”dan vacib çağırış
-
ABŞ Rusiyadan həbsdə olan vətəndaşının azadlığa buraxılmasını istəyib
-
İmişlidə 5 yaşlı uşaq traktorun vurması nəticəsində ölüb
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
-
Gürcüstan Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysi niyə qəbul edə bilmir?
-
Qızıl bahalaşdı
-
Beyləqanda bir nəfər kanalda batıb
-
Azərbaycan neftinin qiyməti 93 dollara yüksəldi
-
Bu ərazilərdə işıq olmayacaq
-
Avtomobili park edərkən musiqi səsini azaldırsınızsa, psixoloji açıqlaması var
-
Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın
-
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
-
Siçanların nifrət etdiyi yeganə qoxu
-
Antonio Banderas infarktdan sonra hər şeyi dəyişdi: "Sanki gözümə eynək taxdılar"





