Cəmiyyət

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alan var

6 İyul 2021 11:09
0 Şərh     Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkidə iki minik avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə iyulun 5-i axşam saat 23 radələrində Şəki-Qax yolunun 25-ci km-də baş verib.

1973-cü il təvəllüdlü, Balakən rayonu Qullar kənd sakini Emçiyev Rəsul Nəcməddin oğlu idarə etdiyi "Jeep Graldcherokee" markalı avtomobillə Şəki şəhəri istiqamətindən Qax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan 1994-cü il təvəllüdlü Şəki rayonu Birinci Biləcik kəndində yaşayan Məmmədov Hacı Nadim oğlunun idarə etdiyi "Vaz 21074" markalı avtomobillin arxa hissəsindən vurub.

Qəza nəticədə "Vaz 21074" markalı avtomobilin sürücüsü Hacı Məmmədov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.