Cəmiyyət

Ağstafa sakinləri ədalət tələb edirlər

2 İyul 2021 11:24
0 Şərh     Baxış: 1 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Redaksiyamıza müraciət edən Ağstafa rayonu Həzi Aslanov qəsəbə sakinləri üzləşdikləri problemin həll olunmasında yardımçı olmağımızı xahiş ediblər.

Qəsəbə sakinləri bildirblər ki, rayonda torpaq islahatı başa çatsa da, yaşadıqları qəsəbədə bu sahədə problemlər qalır. Sakinlər bildirir ki, qəsəbədə yerləşən və 600 hektar sahəsi olan müəssisə dövlətin müvafiq qurumlarını aldadaraq onlara qanuni pay torpağının verilməsində maneçilik yaradıb.

Sakinlər məktubda iddia edirlər ki, Bakı sakini  Rauf Azər oğlu Əhmədov Aqrar Dövlət İstehsalat Emal Birliyinin bəzi əməkdaşları ilə əlbir olaraq 2020-ci ildən onların 37 ha əkin sahəsini və örüş yerlərini, istixana binalarını mal-qara tövləsi edərək, Muğanlı kənd sakini Əhmədov Məhədə uzunmüddətı icarəyə verib.

Qeyd ediblər ki, dəfələrlə Ağstafa İcra Hakimiyyətinə problemlərinin həlli ilə bağlı müraciət etsələr də, məsələ həllini tapmayıb.

Milli.Az olaraq məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin, elcə də, məktubda adı çəkilən tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.