Cəmiyyət

Şəhidimizin atası vəfat etdi

29 İyun 2021 17:02
Baxış: 1 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən Müharibəsi şəhidi Elgün Paşayevin atası vəfat edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat yayıb. O bildirib ki, Füzuli rayonunun Zərgər kəndindən olan şəhid atası İlham Paşayev üç gün əvvəl dünyasını dəyişib. Şəhid atası İ. Paşayev xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, Bakıda yerləşən xəstəxanaların birində müalicə olunurdu.

Qeyd edək ki, şəhid E. Paşayev Vətən müharibəsinin ilk günlərində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.