Cəmiyyət

Böyük qayıdış planının icrası - VİDEO

18 İyun 2021 13:44
Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağda quruculuq işləri sürətlə davam edir

Milli.Az Real TV-ə istinadən bildirir ki, Qarabağa qayıdış planının icrası sürətlə davam edir. Bölgədə quruculuq işlərinə dəstək olmaq istəyən xarici şirkətlərin marağı da getdikcə artmaqdadır. Füzuli rayonunda tikintisi yekunlaşan ən iri layihələrdən biri Füzuli hava limanıdır. Füzuli aeroportunda ilk sınaq uçuşunun sentyabrın 5-də keçirilməsi planlaşdırılır. Aeropotun tikintisinə 6 ay əvvəl başlanılıb. Aerovağzalın tikintisi üçün 240 ha ərazi minadan təmizlənib. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı da tamamlanmaq üzrədir. Hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır.

Digər tərəfdən də, Zəngilanda və Laçında tikiləcək hava limanlarının hazırlıqları gedir. Aerovağzalın tikintisinə başlanılması üçün Minatəmizləmə Agentliyi tərəfindən ərazilərin 50 faizi minalardan təmizlənib və bu proses davam etdirilir. Quru yolunda da işlər öz qaydasındadır.Bildirildi ki, "Zəfər yolu"nda da aparılan işlərin 80%-i başa çatdırılıb.

Körpünün əsas əhəmiyyəti ondan ibarətdir ki, o, Ağdam-Füzuli yolu üçün ötürücü rolu oynayır.

1993-cü ildən istifadə edə bilmədiyimiz Aşağı Köndələçay su anbarında işlər davam etdirilir. Artıq anbarda aparılan quruculuq işlərinin böyük hissəsi yekunlaşdırılıb.

Sürətlə aparılan işlərdən danışırıqsa 3 ay ərzində inşa edilən "Füzuli" yarımstansiyasını mütləq vurğulamaq lazımdır. 110-35-10 kV-luq yarımstansiya Füzuli və ətraf əraziləri elektrik enerjisi ilə tam təchiz edir.

Qeyd edək ki, işğaldan azad olunan bütün rayonlarda 110 kV -luq yarımstansiyalar inşa olunur. Ağdamda 110 kV-luq "Ağdam-1", "Ağdam-2" yarımstansiyaları tikintisinə başlanılıb. Bundan başqa "Suqovuşan-1", "Suqovuşan-2" kiçik su elektrik stansiyalarında işlər yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.