Azərbaycanda ilk dəfə olaraq əkin sahələri üçün aqrodron istehsal edilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.
O bildirib ki, bu qurğu ilə fermerlər sahədə ziyanvericilər olan hissəni əvvəlcədən müəyyən edə bilirlər.
İstənilən maye halında olan kimyəvi dərmanların səpinini həyata keçirmək qabiliyyətində olan dronlar həmçinin dənəvər mineral gübrəsinin də səpinində istifadə oluna bilir. Növbəti mərhələdə dronlar vasitəsilə fermerlərə xidmətlər təklif olunacaq.
Bu dronlar vasitəsilə sahəyə heç bir ziyan vurmadan yarım saat ərzində fermer 1 hektar yeri dərmanlaya və gübrələyə bilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az