Cəmiyyət

Həkim qadını döyən saxta əlilə cinayət işi açıldı

8 İyun 2021 15:32
Baxış: 1 008

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq agentliyin həkim-ekspertini yumruqla vuraraq ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.

İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.