Uşaq xəstəxanasının vəzifəli şəxsləri barədə cinayət işi başlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxslərii barədə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgə əmlakını mənimsənilərək dövlətə xeyli miqdarda ziyan vurulması faktı ilə bağlı hazırda Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Xatırladaq ki, cinayət işi ABŞ vətəndaşı olan azərbaycanlının şikayəti əsasında açılıb.
Belə ki, adıçəkilən xəstəxananın 3-cü şöbəsinin tibb bacısı işləmiş İbrahimova İradə Gülbala qızı 23 iyul 2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Macarıstana gedib və bu ölkədə yaşayıb. Amma buna baxmayaraq o, Bakıdakı işindən azad olunmayıb.
Nəticədə 2013-cü ilin iyul ayından 2016-cı ilin fevral ayına kimi İ.İbrahimovanın adı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasın əməkdaşları siyahısında saxlanılıb. Xidməti vəzifələrini icra etmədiyi halda qeyd edilən müddətdə xəstəxananın vəzifəli şəxsləri tərəfindən hər ay üzrə müxtəlif məbləğdə, ümumilikdə isə 7054 manat 76 qəpik pul vəsaiti onun adına əmək haqqı kimi hesablanıb. Həmin pullar müvafiq sənədlərlə rəsmiləşdirilib və Azərbaycan Beynəlxalq Bankının plastik əmək haqqı kartına köçürülməklə Avtomatlaşdırılmış Terminal Məntəqələrində nağdılaşdırılıb.
ABŞ vətəndaşı olan azərbaycanlı məsələdən xəbər tutub və bu barədə bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət edib. Mayın 24-də Nizami Rayon Prokurorluğunda 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi





