Qalib ölkənin himnini ifa etmək böyük şərəf oldu - Formula 1-də himnimizi səsləndirən Qarabağ qazisi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Formula 1 Azərbaycan Qran Prisi çərçivsində Azərbaycanın Dövlət Himnini Vətən Müharibəsi iştirakçısı, opera müğənnisi Atəş Qarayev ifa edib.
Atəş Qarayev təəssüratlarını Trend-in çəkiliş qrupu ilə bölüşüb.
Qarabağ qazisi belə bir mötəbər tədbirdə - beynəlxalq əhəmiyyətli yarışmada Dövlət Himnini səsləndirməkdən qürur duyduğunu bildirib: "Milyonlarla dünya tamaşaçısının izlədiyi tədbirdə Himnimizi ifa etmək mənə əvəzedilməz fəxr yaşatdı. Şanlı Vətən Müharibəsində Böyük Zəfər qazanmış bir ölkənin vətəndaşı kimi, Qalib Ordunun əsgəri kimi xoşbəxtəm ki, bu missiya mənə nəsib oldu".
Atəş Qarayev Azərbaycanın Vətən Müharibəsindəki Qəlbəsinə, bu cür möhtəşəm hissləri yaşadığına görə Müzəffər Ali Baş Kamandan İlham Əliyevə təşəkkür edib: "Biz ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etmişik. Xalqımızın qüruru özünə qayıdıb. Əlbəttə ki, bütün bunlara görə Qalib Ordunuun Müzəffər Komandanına borcluyuq".
Qarabağ qazisi onu da vurğulayıb ki, Azərbaycanda müharibə iştirakçılarına, şəhid ailələri və əlillərə yüksək dövlət qayğısı göstərilir: "Biz daim dövlətin diqqətini hiss edirik. Hərtərəfli qayğı var. Dövlətimizdən və Prezidentimizdən razıyıq".
Qeyd edək ki, Rusiyada opera müğənnisi kimi fəaliyyət göstərən Atəş Qarayev Vətən Mühribəsi başalyan zaman Azərbaycana qayıdıb və könüllü olaraq döyüşlərdə iştirak edib. O, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Atəş Qarayev keçdiyi döyüş yolundan da danışıb: "Döyüş xatirələrimiz çoxdur. Ən əsası onu deyə bilərəm ki, Azərbaycan hərbçiləri 44 gün ərzində bir addım belə geri çəkilmədi. Daim irəli getdik. Çünki, biz öz torpağımız uğrunda döyüşürdük. Arxamızda qüdrətli komandanın olduğunu, xalqımızın Prezidentin ətrafında Dəmir Yumruq kimi birləşdiyini bilirdik və bu bizə əlavə güc verirdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib
-
Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirilir
-
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib
XƏBƏR LENTİ
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb
-
ABŞ-də Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə hazırlanacaq
-
Samuxda kütləvi zəhərlənmə: 15-dən çox şəxs xəstəxanaya yerləşdirildi
-
Britaniyada yeniyetmələr üçün sosial şəbəkələrə gecə məhdudiyyəti tətbiq ediləcək
-
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,6 milyard dolları ötüb
-
Sibel Can yeni görünüşü ilə diqqət çəkdi - (Video)
-
Nisyə ərzaq ala bilmədi, mağazanı yandırdı - Şəmkirdə 46 min manatlıq ziyan
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
-
Tənbəlliyin immun sisteminə müsbət təsiri var - Mütəxəssis rəyi
-
Birbank Invest: İnvestisiyaya aparan rəqəmsal yol
-
"Şevket" illər sonra - (Foto)
-
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydasında dəyişiklik edilib
-
Hava kəskin dəyişir: İntensiv yağış, sel, şimşək...
-
"Kubik-rubik"i 0.39 saniyəyə yığdı - (Video)
-
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirilir
-
Yamal Mbappeni kölgədə qoydu
-
İnsan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib
-
Azərbaycanlı aparıcı özündən gözəl qızı ilə - (Video)
-
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb
-
İdxal olunan heyvanların daşınması ilə bağlı sahibkarlara çağırış
-
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
-
Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi
-
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı
-
Alla Puqaçova Mayamidəki milyonluq evini qızına 1 dollara verdi





