Cəmiyyət

Bərdə rayonunda 7 yaşlı uşağa işgəncə verilib - VİDEO

24 May 2021 11:29
Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə rayonunun H.Əliyev prospektində yerləşən çoxmənzilli binada yaşayan 7 yaşlı oğlan yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, azyaşlı deyib ki, anası Raya Həsənova onun qollarına qızdırılmış qaşıq basıb. Uşağın qolları yanıb, bədənində müxtəlif xəsarət izləri var.

Azyaşlı bildirib ki, anası bu hərəkəti onu cəzalandırmaq üçün edib.

7 yaşlı uşaq anasının qeyri-rəsmi yaşadığı və məsələdə adı halanan Mahmud Mehralıyev tərəfindən də dəfələrlə zorakılığa məruz qaldığını deyib.

Hazırda azyaşlının müalicələri davam etdirilir. Hadisə ilə bağlı hüquq- mühafizə orqanlarına məlumat verilib. Azyaşlının anası Raya Həsənova polis şöbəsinə aparılıb. Onun xalası Sevinc  Fərəcova hadisənin başvermə səbəbini açıqlayıb.

Faktla bağlı aidiyyəti qrumlar tərəfindən araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.