Cəmiyyət

"Aylı gecə"də toy keçirənlər cərimələndi - FOTO

17 May 2021 17:50
Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində 53-cü məhəllədə yerləşən "Aylı gecə" restoranında xüsusi karantin rejiminin pozularaq çoxsaylı qonaqların iştirakı ilə toy keçirilməsi barədə polisə məlumat daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Sumqayıt şəhər Polis İdarəsinin və 1 saylı polis bölməsinin birgə həyata keçirdiyi tədbirlər zamanı qeyd edilən ünvanda kiçik toy məclisinin keçirildiyi aşkar olunub. Həmin restoranın icarədarı olan Bakı şəhəri Nəsimi rayonu İ. Məmmədov küçəsi, ev 3, mənzil 6 ünvanında qeydiyyatda olan 1963-cü il təvəllüdlü Cabbarov Qurban Məhəmməd oğlu və 19 nəfər toy iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.