Cəmiyyət

Qubada qanunsuz odlu silahlar alan şəxs tutulub

28 Aprel 2021 15:59
Baxış: 606
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Quba sakinindən qanunsuz odlu silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah saxladığına görə saxlanılmış E.Əlibalayevdən odlu silah almaqda şübhəli bilinən Qarxun kənd sakini E.Şirvanov da müəyyən edilərək tutulub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan "TOZ-8" markalı, "İJ" markalı, 1 ədəd 16 çaplı tüfəng, 297 ədəd müxtəlif çaplı patron, 34 ədəd boş giliz və 43ədəd qırma aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.