Cəmiyyət

Bu yay Bakı çimərlikləri açılacaqmı? - RƏSMİ CAVAB

20 Aprel 2021 15:52
Baxış: 2 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çimərlik mövsümünün başlanmasına bir neçə ay qalıb. Bu yay koronavirusla bağlı çimərliklərdə hansı qaydalar tətbiq olunacaq? 

Milli.Az xəbər verir ki, Bakı şəhər İH -dən lent.az-a verilən məlumata görə bununla bağlı hələki heç bir məlumat yoxdu:

"Çimərliklərlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik". 

Məlum olduğu kimi ötən yay koronavirusla bağlı çimərlikdlərdə məhdudiyyətlər tətbiq olunmuşdu. 

Qeyd edək ki, ötən il çimərlik mövsümü iyunun 16-da açılmışdı. Karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi profilaktik tədbirlər həyata keçirilərək, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitariya qovşaqları quraşdırılmışdı, Xüsusi iplər çəkilərək vətəndaşların ara məsafəsini gözləmələri tələb olunurdu. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.