Cəmiyyət

Bütün məhbuslara azadlıq arzu edirəm - Əfv olunan məhkum

19 Mart 2021 12:11
Baxış: 620
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cənab Prezident İlham Əliyevə bu cür humanist addımına görə öz təşəkkürümü bildirirəm.

Bunu jurnalistlərə açıqlamasında bu gün əfv olunan keçmiş məhbus Ruslan Nüsrətov deyib.

Onun sözlərinə görə, 7 il həbs cəzası alsa da, 2 il 3 ay tez buraxılıb:

"Prezidentin imzaladığı əfv sərəncamı mənə də şamil olundu. 2016-cı ildə yol nəqliyyat hadisəsinə görə, həbs olunmuşdum. Prezidentin humanist addımı sayəsində bu gün azadlığa çıxdım. Bütün məhbuslara azadlıq arzu edirəm".

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı 625 məhbusa şamil olunub. Onlardan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad edilib.

Həmçinin sərəncamla azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

Sərəncam 6 xarici ölkədən 23 şəxsə də şamil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.