Cəmiyyət

Bakıda birgə intihar edən qızlar sinif yoldaşı olublar – TƏFƏRRÜAT - FOTO

9 Mart 2021 20:31
Baxış: 9 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda birgə intihar edən qızlarla bağlı detallar məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlar sinif yoldaşı olublar.

Belə ki, 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı eyni sinifdə oxuyublar. Onlar Abşeron rayonu, Qobu qəsəbəsində yaşayıblar və həmin qəsəbənin məktəbində təhsil alıblar.

M.Quliyevanın nənəsi Lökbatan qəsəbəsində yaşayır. Lakin onların intihar etdikləri binada heç bir yaxınları yoxdur.

Sinif yoldaşı olan qızların intihar səbəbi və niyə məhz həmin binanı seçmələrinin səbəbi məlum deyil.

İlkin məlumata görə, hadisə yerindən qızlardan birinin məktəb dəftəri aşkarlanıb. Onun dəftərdəki qeydlərindən depressiyada olduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.