Rusiya

Moskvaya növbəti dəfə PUA hücumu oldu

27 Oktyabr 2025 23:44
Baxış: 274
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.

Milli.Az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatı vurulub.

Mer dronların vurulduğu rayonlarda təcili yardım xidmətlərinin çalışdığını söyləyib.

PUA hücumu ilə əlaqədar Moskvanın Jukovski hava limanı bağlanıb.

Qeyd edək ki, dünən də axşam saatlarından başlayaraq Rusiya paytaxtı Ukrayna tərəfindən PUA hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi tək Moskva və ətraf regionda 40-a yaxın PUA-nın vurulduğunu açıqlayıb. (APA)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.