Cəmiyyət

Sərnişinlər yolda qalıb - FOTO

24 Fevral 2021 10:21
Baxış: 1 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, Bakıda dünən axşamdan başlayan qarlı-çovğunlu hava şəraiti bu gün səhər saatlarından etibarən davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, faktiki hava insanların işə getməsində maneələr yaradıb. Belə ki, yolların qarlı-buzlu olmasıyla əlaqədar avtobusların hərəkətində ciddi intervallar yaranıb. Sərnişinlər avtobus dayanacaqlarında uzun müddət gözləməli olublar. Həmçinin taksilər də yollardakı vəziyyətə görə işə çıxmayıb, çıxanlar isə gediş haqqını artırıb. Bu səbəbdən də işə getməli olan insanların bəzisi evlərinə qayıtmalı olublar. 

Bakı Nəqliyyat Agentliyinin də yaydığı rəsmi məlumatda bildirilir ki, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.