Dünya

Putin-Uitkoff görüşü üç saatdan çox davam edib - YENİLƏNİB - FOTO

3 Dekabr 2025 00:39
Baxış: 2 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş üç saatdan çox davam edib.

-----------
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin "xüsusi hərbi əməliyyat" çərçivəsində müəyyən olunan hədəflərin yerinə yetirilməsi əsas şərt olaraq qalır:

"Prezident Putin Uitkoffla Vaşinqton və Kiyev arasında aparılan danışıqlarda yeni sülh planı üzrə əldə olunan ilkin anlaşmaları müzakirə edəcək".

----------

ABŞ nümayəndə heyətinin tərkibi: Witkoff və Kuşner danışıqlara rəhbərlik edir

Steve Witkoff - ABŞ Prezidenti Donald Trampın yaxın dostu və golf tərəfdaşı.

Əvvəlcə Yaxın Şərq üzrə xüsusi nümayəndə kimi təyin olunmuşdu.

Bu il bir neçə dəfə Moskvaya səfər edib, lakin heç vaxt Kiyevə getməyib - bu səbəbdən tənqidlərə məruz qalıb.

Putinlə görüşdən əvvəl Starmer, Zelenski və Ukraynanın baş danışıqçısı Rustem Umerovla da görüşüb.

Jared Kushner - Donald Trampın kürəkəni, biznesmen və Trampın ilk prezidentlik dövründə əsas fiqurlardan biri.

Yalnız son zamanlar prosesə cəlb olunub və hazırda rəsmi olmayan diplomatik müşavir kimi iştirak edir.

Rusiya tərəfdən iştirak edənlər kimlərdir?

Yuri Uşakov - 2012-ci ildən Putinin xarici siyasət üzrə müşaviri. 1998-2008-ci illərdə Rusiyanın ABŞ səfiri olub. 2008-2012-ci illərdə Rusiya hökumətinin administrasiya rəhbərinin müavini.

Kirill Dmitriyev

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri.

ABŞ-də təhsil alıb, uzun illər biznes sahəsində çalışıb.

Rusiya mediası masadakı dördüncü rus rəsmisinin adını açıqlamayıb.

-----------

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında Kremldə görüşə başlanılıb.

Milli.Az xəbər verir ki, günün əvvəlində Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu görüş Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində mühüm addım olacaq. Onun sözlərinə görə, Putin və Vitkoff Kiyev və Vaşinqton arasında münaqişənin həlli ilə bağlı əldə edilmiş razılaşmaları müzakirə edəcəklər. 

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.