İdman

"Azarkeşlərdən üzr istəyirəm" - Sənan Qurbanov

2 Dekabr 2025 22:52
Baxış: 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin məşqçisi Sənan Qurbanov azarkeşlərdən üzr istəyib.

Milli.Az xəbər verir ki, mütəxəssis bunu "Zirə" komandası ilə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.

O, məğlub olduqları qarşılaşmanı şərh edib:

"Zirə"ni təhlil etmişdik. Futbolçulara rəqibin zəif və güclü tərəflərini demişdik. Məşq etməyə zamanımız olmadı. Daha çox futbolçuların bərpasına diqqət etmişdik. Rəqibin hücumlarının qarşısını ala bilirdik. Bizim hücumlarımız da təhlükəli olurdu. 120 dəqiqənin bitməsinə az qalmış buradığımız qol üzücü oldu. Azarkeşlərimiz yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm".

Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu "ağ-qaralar"ın 0:1 hesablı məğlubiyyəti ilə bitib. Komanda 1/8 finalda mübarizəni dayandırıb.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.