İdman

“Hər iki futbolçu ilə bağlı tədbir görəcəyəm”

2 Dekabr 2025 22:27
Baxış: 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən "Zirə" - "Neftçi" oyunu qalmaqalla yadda qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matçın 115-ci dəqiqəsində Junior Martinsin vurduğu qələbə qolundan sonra onun formasını çıxarıb "Neftçi" azarkeşlərinə tərəf qaçması gərginlik yaradıb.

Belə ki, epizoda daha sonra komandanın yarımmüdafiəçisi Ayron Qomis də qoşulub və tribunadan futbolçulara müxtəlif yad əşyalar atılıb.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov isə oyundan sonra keçirilən mətbuat konfransı zamanı məsələ ilə bağlı açıqlama verərək futbolçuların davranışını doğru hesab etmədiyini bildirib:

"Mən bunu görmədim, əgər edibsə, bu, səhvdir. Bu, nə onun özünə, nə mənə, nə də komandaya yaraşan hal deyil. Xüsusilə də son dəqiqələrdə rəqib qapısına qol vurub azarkeşləri qıcıqlandırmaq yanlış bir addımdır. Mütləq şəkildə tədbir görəcəyəm".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.