Azərbaycanda neftin bahalaşması büdcəyə necə təsir EDƏCƏK?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya bazarında Azərbaycan neftinin hər bareli 100 dollardan baha təklif edilir.
Neftin bahalaşması büdcədən daha çox ayırmalara imkan yarada bilərmi?
Milli.Az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub. Onun sözlərinə görə, illik orta qiyməti bir neçə günlük və ya həftəlik, hətta aylıq qiymətlər ilə müqayisə etmək olmaz. Söhbət illik orta qiymətdən gedir:
"Bununla belə, "Statista"nın hesablamarına görə, bu ilin yanvar ayında Brent markalı neftin bir barelinin orta qiyməti 62.54 dollar, fevral ayında isə 66.6 dollar olub. FRED isə orta qiymətlərin uyğun olaraq 66.6 və 70.8 dollar olduğunu bəyan edib. Göründüyü kimi, 2026-cı ilin ilk ayında dünya bazarındakı qiymət büdcədə nəzərdə tutulandan cüzi fərqlənib. Bu ayın ilk həftəsində isə neftin qiyməti 84-90 dollar intervalında dəyişib".
V.Bayramov qeyd edib ki, 2026-cı il üçün Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 43 faizinin və ya 16,4 milyard manatının neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transferləridir:
"Göründüyü kimi, neftin dünya bazar qiymətinin yüksəlməsi büdcə gəlirlərinin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək. Qeyri-neft daxilolmalarına isə dolayı təsirlər qeydə alınır. Fondun transferləri öz gəlirləri hesabına ödənildiyi üçün neftin qiyməti ilə o məbləğin birbaşa əlaqəsi olmur. Amma yüksək qiymətlər Neft Fondunun gəlirlərinin və eləcə də valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Deməli, orta illik qiymət yüksək olacağı halda neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq".
Deputat nəzərə çatdırıb ki, dövlət büdcəsinin gəlirlərinin artması milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərimizin bərpası, sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradır:
"Daha çox gəlir, daha çox fiskal xərcləmə deməkdir. Bu eyni zamanda, qeyri neft-qaz sektorunun inkişafı üçün maliyyə təminatı da gücləndirir. Təbii ki, Azərbaycan dünya bazarında daha dayanıqlı qiymət tarazlığında maraqlıdır. Bütün hallarda isə, enerji ölkələri üçün yüksək neft qiyməti, daha çox valyuta gəliri deməkdir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Arda Gülər Mbappedən üzr istədi - (Foto)
-
Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
-
Burak Özçivit rus qızların əhatəsində - (Video)
-
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişiklik edilib
-
Ərdoğanın sabiq baş müşaviri saxlanıldı
-
Ermənistanı növbədənkənar seçkilər gözləyir?
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Almaniyadan ekstradisiya ediləcək
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
“Sabah” – “Qarabağ” matçının hakimi açıqlandı
-
Leonardo İncəsənət Məktəbi ilə MiniBoss Biznes Məktəbi birgə "Yaradıcı Sahibkarlıq" proqramına başladı
-
Yeni icra başçısı kimdir?
-
Leysan yağacaq, qara keçəcək - Proqnoz verildi
-
Elçin Yusubov Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
-
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib - Sərəncam
-
Qadınların ata evinə göndərdiyi gizli mesaj - SOS kəlağayısı - (Video)
-
Sibel Canın sevgilisi tutuldu - (Foto)
-
İcbari tibbi sığortada yenilik: Daha bir xəstəliyin dərmanları təminata daxil edilir
-
Azərbaycanın ən hündür asma körpüsünün tikintisindən son görüntülər - (Video)
-
"Şövkət"in “Yaprak Dökümü”nün məşhur səhnəsi ilə bağlı etirafı müzakirə yaratdı (Video)
-
Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası azaldıldı
-
Azərbaycanda bütün sosial ödənişlər bu tarixdə ödəniləcək
-
15 il sonra yenidən eyni filmdə - (Foto)
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı





