Dünya

Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir

22 Oktyabr 2026 09:46
Baxış: 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 3-də Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı sammitdə iştirak edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Kobaxidze sammitin çıxışçılar siyahısına daxil edilib. Tədbir Brüsseldəki "Autoworld" sərgi kompleksində keçiriləcək və müzakirələr Euronews auditoriyası üçün canlı yayımlanacaq.

Sammitdə Aİ-nin genişlənmə perspektivləri, üzvlüyə namizəd ölkələrdə islahatlar, Avropanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və investisiya imkanları müzakirə olunacaq.

Tədbirdə Avropa Şurasının Prezidenti Antonio Koşta, Ermənistanın Baş naziri Nikol Paşinyan, Albaniyanın Baş naziri Edi Rama, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova da iştirak edəcəklər.

Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər son illərdə gərginləşib. Tərəflər arasında fikir ayrılıqları Gürcüstanın Avropaya inteqrasiya prosesi və ölkədə həyata keçirilən siyasi qərarlarla bağlı müzakirələr fonunda davam edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.