Ölkə

Yeni nazir kollektivə təqdim olundu - FOTO

2 Dekabr 2025 23:46
Baxış: 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.

Milli.Az unikal-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.

Onun sözlərinə görə, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.

Mövcud imkanlardan daha effektiv yararlanaraq, qarşıya qoyulan tapşırıqları operativ və düzgün həyata keçirilməli, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti müasir tələblərə uyğunlaşdırılmalıdır. Baş nazirin birinci müavini bu işlərin icrasında kollektivə uğurlar arzulayıb.

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.