İstilik xərclərinə 50% qənaət təmin edən "skoç" taktikası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qışın yaxınlaşması ilə birlikdə milyonlarla evdə kombilər yenidən işə düşüb. ABŞ-li bir kontent istehsalçısının paylaşdığı sadə üsul sosial mediada geniş marağa səbəb olub. Onun sözlərinə görə, evdə yalnız yaplşqan lentdən istifadə etməklə istilik itkisini azaltmaq mümkündür və bu üsul xüsusilə köhnə pəncərələrdə daha effektivdir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, evlərdə istilik itkisinə səbəb olan əsas mənbələr pəncərə və qapı ətrafındakı kiçik boşluqlardır. Zaman keçdikcə həm plastik (pimapen), həm də taxta pəncərələrdə contalar boşalır və hava sızması yaranır. Bu isə həm evin isinməsini çətinləşdirir, həm də artıq enerji sərfiyyatına səbəb olur.
ABŞ-də enerji qənaəti ilə bağlı kontent hazırlayan Bradley On A Budget adlı yaradıcı, evində istilik itkisini yapışqan lent üsulu ilə yarıbayarı azaltdığını bildirib. Onun sözlərinə görə, bu sadə üsul nəticəsində 40 dollarlıq elektrik xərci nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bütün prosesin dəyəri cəmi "bir neçə qəpik" olub.
Paylaşılan üsula əsasən, pəncərənin çərçivəsi ilə divar arasındakı boşluqlar geniş yapışqan lent ilə bir neçə qat yapışdırılaraq bağlanır. Lentin səthə möhkəm yapışdırılması xaricdən daxil olan soyuq havanı kəsir və otağın temperaturunun daha stabil qalmasını təmin edir.
Bu üsul xüsusilə:
- Köhnə taxta pəncərələrdə
- Contası boşalmış pimapen çərçivələrdə
- Balkon qapılarında
daha yüksək effekt göstərir. Soyuq havanın qarşısı alındığı üçün daxildəki isti hava da kənara çıxmır və kombinin iş yükü azalır.
Bu üsulun yeganə mənfi tərəfi pəncərə kənarında görünən lent izləridir. Buna görə görüntüyə xüsusi önəm verən şəxslər tətbiq etməkdə tərəddüd edə bilər. Lakin mütəxəssislər bildirirlər ki, enerji qənaəti baxımından üsul son dərəcə məntiqlidir və xüsusilə soyuq şəhərlərdə qısa müddətdə effekt verir.
Koli bandının digər müsbət təsiri qış aylarında tez-tez rast gəlinən pəncərə buğulanmasının azalmasıdır. Çünki boşluqlar bağlandıqda soyuq hava axını kəsilir və şüşə səthində əmələ gələn yoğuşma da azalır.
Cəmi bir neçə dəqiqəyə tətbiq edilən bu üsul evdə istilik itkisini azaltmaq istəyənlər üçün həm iqtisadi, həm də təsirli bir həll kimi ön plana çıxır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq





